Artur Rəsizadə Qurbanqulu Berdımuxammedovun andiçmə mərasimində iştirak edəcək

Artur Rəsizadə Qurbanqulu Berdımuxammedovun andiçmə mərasimində iştirak edəcək
# 12 fevral 2007 16:45 (UTC +04:00)
Baş nazir Artur Rəsizadənin başçılıq edəcəyi Azərbaycan nümayəndə heyəti fevralın 14-də Türkmənistanın yeni seçilmiş prezidenti Qurbanqulu Berdımuxammedovun andiçmə mərasimində iştirak edəcək. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib. Onun sözlərinə görə, Türkmənistan tərəfi rəsmi şəkildə Azərbaycanı mərasimə dəvət edib.
Xatırladaq ki, fevralın 11-də Türkmənistanda keçirilən prezident seçkilərində prezident səlahiyyətlərinin icraçısı Qurbanqulu Berdımuxammedov qalib gəlib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR