Fevralın 16-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Bakıya gələcək

Fevralın 16-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Bakıya gələcək
# 12 fevral 2007 16:49 (UTC +04:00)
Fevralın 16-17-də Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Azərbaycanda səfərdə olacaq. APA-nın məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərlə söhbətində bildirib. Nazirin sözlərinə görə, P. Semnebi “Yaxın qonşuluq siyasəti” çərçivəsində Azərbaycanla Aİ arasında qəbul olunmuş fəaliyyət planı çərçivəsində görülmüş işlərlə maraqlanacaq, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR