Hidayət Orucov: “Azərbaycanda dini sahədə kriminogen durum mövcud deyil”

Hidayət Orucov: “Azərbaycanda dini sahədə kriminogen durum mövcud deyil”
# 12 fevral 2007 17:05 (UTC +04:00)
“Azərbaycanda dini sahədə kriminogen durum mövcud deyil. Ayrı-ayrı narahatedici faktların baş verməsi isə mümkündür”. Bu sözləri APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib. Komitə sədri bir neçə gün əvvəl Azərbaycanın şimal-qərb rayonlarına səfər etdiyini və dini sahədə vəziyyəti araşdırdığını bildirib: “Belə bir səfər indiyə kimi olmamışdı. Orada icmaların qeydiyyatı, məscid tikintisi, maarifçilik və digər məsələlərlə bağlı müzakirələr aparıldı”. H. Orucov belə görüşlərin davamlı olacağını da deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR