Türkiyə Azərbaycandan erməni dili müəllimləri dəvət etmək niyyətindədir

Türkiyə Azərbaycandan erməni dili müəllimləri dəvət etmək niyyətindədir
# 23 fevral 2007 08:26 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun xəbərinə görə, Y. Halaçoğlu deyib ki, həm erməni, həm də Avropa tarixçiləri bu gün Türkiyə arxivlərində araşdırma apardıqları halda türk tarixçiləri ermənicə bilmədikləri üçün müxtəlif ölkələrdə erməni dilində olan tarixi sənədləri araşdırmaq imkanından məhrumdur. Hazırda Türkiyədə erməni dilini bilən yeganə elm adamı Ankara Universitetinin müəllimi Birsən Qaracadır. Y. Halaçoğlu Türkiyə parlamentində xaricdən mütəxəssis dəvət olunmasına icazə verən qanun dəyişikliyi qəbul olunduqdan sonra Azərbaycandan erməni dili müəllimləri dəvət edəcəklərini açıqlayıb: “Layihə qəbul edildikdən sonra Azərbaycanın Qarabağ bölgəsindən erməni dili mütəxəssislərini Türkiyəyə gətirəcəyik”. Y. Halaçoğlu dil kursları yekunlaşdıqdan sonra türk tarixçilərinin xaricdəki erməni arxivlərində araşdırma aparmağa göndəriləcəyini bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR