AMİP ADP daxilində gedən proseslərə müdaxilə etmək niyyətində deyil

AMİP ADP daxilində gedən proseslərə müdaxilə etmək niyyətində deyil
# 23 fevral 2007 09:04 (UTC +04:00)
“Azərbaycan Milli İstiqlal Partiyasının Rəsul Quliyevin rəhbərlik etdiyi ADP ilə əməkdaşlıq edəcəyi ilə bağlı yayılan informasiyalar həqiqətə uyğun deyil. Bununla bağlı nə AMİP daxilində, nə də həmin partiyanın nümayəndələri ilə müzakirə aparılmayıb”. Bu fikirləri APA-ya açıqlamasında AMİP sədri Ayaz Rüstəmov deyib. Bu barədə yayılmış informasiyaların həqiqətə uyğun olmadığını deyən partiya sədri hesab edir ki, bunlar məqsədli şəkildə mətbuata ötürülür: “Düzdür, AMİP daxilində problem yaranan zaman ADP rəhbərliyi və “Azadlıq” bloku bizə qarşı nankorluq etdi, partiyadan ayrılmış qrupu AMİP kimi qəbul etdilər. Amma bizim başqa bir partiyanın daxilində gedən proseslərə qarışmaq fikrimiz yoxdur. Məsələ hüquqi müstəvidə həll olunduqdan sonra hansı qurumla əməkdaşlıq edəcəyimizi müəyyənləşdirəcəyik”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR