Avropa Parlamentinin deputatı Cem Özdəmir: “Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi qəbulolunmazdır”

Avropa Parlamentinin deputatı Cem Özdəmir: “Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi qəbulolunmazdır”
# 23 fevral 2007 09:33 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu sözləri Bakıda azərbaycanlı tələbələrlə görüşündə Avropa Parlamentinin üzvü, almaniyalı deputat Cem Özdəmir deyib. Onun sözlərinə görə, nə Azərbaycan, nə Türkiyə, nə də Avropa Ermənistanın Rusiyaya yaxın olmasını istəmir: “Mən hesab edirəm ki, problemin həllinin vaxtı çatıb. Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi qəbulolunmazdır. Həm Avropa İttifaqı, həm də Avropa Parlamenti problemin həlli üçün səylərini artırmalıdır. İndiyə qədər Avropa Parlamentində Dağlıq Qarabağ münaqişəsinə çox az diqqət ayrılıb”. Avropa Parlamentinin macarıstanlı üzvü George Şeflin isə bildirib ki, problem nə Bakıda, nə də İrəvandadır, problem Moskvadadır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR