BAXCP Türkiyənin GUAM-a üzv olması təşəbbüsü ilə çıxış edib

BAXCP Türkiyənin GUAM-a üzv olması təşəbbüsü ilə çıxış edib
# 05 mart 2007 13:42 (UTC +04:00)
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin toplantısı keçirilib. BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda partiya sədri Qüdrət Həsənquliyev ölkədə və regionda baş verən proseslərə öz münasibətini bildirib: “Ermənistanın indiyə kimi əldə olunan razılıqlardan imtina etməsi bir daha sübuta yetirir ki, rəsmi İrəvan münaqişənin həlli üçün müstəqil mövqe nümayiş etdirmək imkanına malik deyil”. Toplantıda Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM-ın genişləndirilməsi ilə bağlı müzakirələr də aparılıb. BAXCP İdarə Heyəti Türkiyənin GUAM-a üzv olması barədə də təşəbbüslə çıxış edib. BAXCP hesab edib ki, indiki məqamda Türkiyənin GUAM-a üzv olması daha məqsədəuyğundur. Toplantıda BAXCP Ali Məclisinin növbəti sessiyasının martın 17-də keçiriləcəyi də qərarlaşıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR