Sərdar Cəlaloğlu Ali Məhkəməyə müraciət edib

Sərdar Cəlaloğlu Ali Məhkəməyə müraciət edib
# 05 mart 2007 14:23 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) bir hissəsinə rəhbərlik edən Sərdar Cəlaloğlu bu gün Ali Məhkəməyə müraciət edib. Bu barədə APA-ya S. Cəlaloğlu özü məlumat verib. Onun sözlərinə görə, məhkəməyə etdiyi müraciətdə 2003-cü il 15-16 oktyabr hadisələri ilə bağlı həbs olunan zaman ona işgəncə vermiş müstəntiqlərin cəzalandırılmasını tələb edib. S. Cəlaloğlu bu məsələ ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərar çıxardığını xatırladaraq, hüquq-mühafizə orqanlarının müxalifətçilərə işgəncə vermiş əməkdaşlarının cəzalandırılması ilə bağlı müddəanın olduğunu qeyd edib. O, Ali Məhkəmə iddianı təmin etməyəcəyi halda, ayrı-ayrı müstəntiqlərlə bağlı Avropa İnsan Haqları Məhkəməsinə yenidən müraciət edəcəyini bildirib. S. Cəlaloğlu, həmçinin, Avropa Məhkəməsinin hakimiyyətin ona pul təzminatı ödənilməsi ilə bağlı qərarının hökumət tərəfindən icra olunmadığını da bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR