Novruz Məmmədov: “ABŞ-ın Qafqazda radar sistemi qurmaq niyyəti ilə bağlı Azərbaycanla heç bir danışıq aparılmır”

Novruz Məmmədov: “ABŞ-ın Qafqazda radar sistemi qurmaq niyyəti ilə bağlı Azərbaycanla heç bir danışıq aparılmır”
# 05 mart 2007 17:22 (UTC +04:00)
“ABŞ-ın Şərqi Avropada Raket Hücumundan Müdafiə sisteminin yerləşdirilməsi planı çərçivəsində Qafqazda radar sistemi qurmaq niyyəti barədə məndə hər hansı informasiya yoxdur”. APA-nın məlumatına görə, bu sözləri Prezident Aparatı beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Pentaqonun rəsmi nümayəndəsi, general-leytenant Henri Oberinqin açıqlamasına münasibət bildirərkən deyib. Şöbə müdirinin sözlərinə görə, rəsmi Bakıda da bu haqda hər hansı məlumat mövcud deyil: “Bununla bağlı heç bir danışıq da aparılmır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR