Sergey Mironov: “Yeni miqrasiya qanunvericiliyinin tətbiqi Azərbaycan-Rusiya münasibətlərinə təsir etməyəcək”

Sergey Mironov: “Yeni miqrasiya qanunvericiliyinin tətbiqi Azərbaycan-Rusiya münasibətlərinə təsir etməyəcək”
# 28 mart 2007 15:37 (UTC +04:00)
“Rusiyanın miqrasiya qanunvericiliyinə edilən dəyişikliklərin aprelin 1-dən qüvvəyə minməsi Azərbaycan-Rusiya münasibətlərinə təsir etməyəcək”. Bu fikirləri Bakıda keçirdiyi mətbuat konfransında Rusiya Federasiya Şurasının sədri Sergey Mironov söyləyib. Onun sözlərinə görə, Rusiya bazarlarında qayda-qanun yaradılmasına yönələn bu dəyişikliklər konkret olaraq hər hansı ölkəyə qarşı, o cümlədən Azərbaycana qarşı yönəlməyib: “Azərbaycan hökuməti bu qanuna anlayışla yanaşır. Hazırda Rusiyada qeyri-leqal yaşayan insanların işlə təmin olunması üçün xüsusi qərargahlar yaradılır. Bu qanunun tətbiqi ölkədə qayda-qanun yaradacaq. Bu qanun miqrantlar üçün bir çox proseduraları asanlaşdıracaq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR