Sergey Mironov Vladimir Jirinovskinin mövqeyini bölüşmür

Sergey Mironov Vladimir Jirinovskinin mövqeyini bölüşmür
# 28 mart 2007 15:50 (UTC +04:00)
“Bu və ya digər ölkədən, yaxud beynəlxalq təşkilatdan olan müşahidəçilər öz işlərinə tərəfsiz yanaşırlarsa, əlbəttə ki, onları seçkilərə dəvət etmək lazımdır. Bu baş vermirsə - hansı ki, biz ATƏT-in timsalında bunu gördük başqa cür hərəkət etmək gərəkdir. Ancaq mən xaricdən müşahidəçi dəvət edilməsinə ehtiyac olmadığı barədə bəyanat verməyə tələsməzdim”. APA-nın xəbərinə görə, Rusiya Federasiya Şurasının sədri Sergey Mironov bu sözləri Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin MDB ərazisində keçirilən seçkilərə Avropadan müşahidəçi dəvət etmək lazım olmadığı barədə bəyanatına münasibət bildirərkən deyib. Öz növbəsində Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov bildirib ki, Rusiya və Azərbaycan açıq ölkələrdir və hansısa dövlətdən, təşkilatdan olan müşahidəçilərin seçkini müşahidə etməsinə qadağa qoymağa ehtiyac yoxdur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR