Rusiya Federasiya Şurasının sədrinin Azərbaycana səfəri yekunlaşıb

Rusiya Federasiya Şurasının sədrinin Azərbaycana səfəri yekunlaşıb
# 28 mart 2007 16:05 (UTC +04:00)
Rusiya Federasiya Şurasının sədri Sergey Mironovun Azərbaycana səfəri başa çatıb. APA-nın xəbərinə görə, qonaq Azərbaycan parlamentinin sədri Oqtay Əsədovla birlikdə səfərin yekunlarına dair mətbuat konfransı keçirib. Milli Məclisin sədri bildirib ki, S. Mironovla görüşündə bir çox məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub: “Biz ümid edirik ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi töhfə verəcək”. İki ölkə arasında sıx əməkdaşlıqdan danışan O. Əsədov Azərbaycanda 390 Rusiya şirkətinin fəaliyyət göstərdiyini, bunlardan 172-nin birgə müəssisə olduğunu, 95-nin isə yalnız Rusiya kapitalı ilə işlədiyini söyləyib. S. Mironov isə deyib ki, Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, rus dilinə bu qədər böyük diqqət yetirilir. Onun sözlərinə görə, keçirdiyi görüşlərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu və Moskva Dövlət Universitetinin Bakı filiallarının açılması ətraflı müzakirə olunub: “Bütün məsələlərlə bağlı baxışlarımız üst-üstə düşür. Apardığım danışıqları çox müsbət qiymətləndirirəm”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR