ABŞ-da Qafqazdakı ”dondurulmuş” münaqişələrə dair konfrans keçiriləcək

ABŞ-da Qafqazdakı ”dondurulmuş” münaqişələrə dair konfrans keçiriləcək
# 08 may 2007 12:19 (UTC +04:00)
Mayın 14-də Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində (CSİS) Qafqaz regionundakı ”dondurulmuş” münaqişələr və onların doğurduğu təhlükələrə həsr olunmuş konfrans keçiriləcək. APA-nın Şərqi Avropa bürosunun verdiyi xəbərə görə, CSİS nəzdindəki Rusiya və Avrasiya Proqramının Qafqaz təşəbbüs masasının təşkil etdiyi tədbirdə tanınmış müharibə jurnalisti, Hərb və Sülh İnstitutunun Qafqaz üzrə mütəxəssisi Tomas de Vaal mühazirə oxuyacaq. Qeyd edək ki, Tomas de Vaal Dağlıq Qarabağ münaqişəsi üzrə bir çox yazıların müəllifidir. O, Rusiya və Qafqaz regionu üzrə ekspert hesab edilir. T. De Vaal eyni zamanda”Qara Bağ: Ermənistan və Azərbaycan sülh və müharibə arasında” kitabının müəllifi, həmçinin Çeçenistan müharibəsi barədə bir kitabın həmmüəllifidir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR