Qələbə günü Qaxda da qeyd olunub

Qələbə günü Qaxda da qeyd olunub
# 09 may 2007 09:58 (UTC +04:00)
Bu gün Qax rayonunda Qələbə günü qeyd olunub. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Qax Rayon İcra Hakimiyyətindən (RİH) məlumat verilib. Böyük Vətən müharibəsi iştirakçılarının, müvafiq idarə və təşkilat nümayəndələrinin qatıldığı tədbir rayon mərkəzinin girəcəyindəki Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinə ucaldılan abidə kompleksinin önünə əklil qoymaqla başlayıb, Böyük Vətən müharibəsi veteranları ilə görüşlə davam edib. Qax RİH-dən verilən məlumata görə, bu gün rayon ərazisində 61 Böyük Vətən müharibəsi veteranı yaşayır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR