Abbas Lisaninin bacısı oğlu azadlığa buraxılıb

Abbas Lisaninin bacısı oğlu azadlığa buraxılıb
# 16 may 2007 15:31 (UTC +04:00)
Mayın 11-də İran hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Abbas Lisaninin bacısı oğlu Mehdi Məhəmmədpur mayın 15-də məhkəmənin qərarı ilə azadlığa buraxılıb. A. Lisaninin həyat yoldaşı Ruqəyya Lisani APA-ya açıqlamasında bildirib ki, M. Məhəmmədpur A. Lisani ilə əlaqə saxlamaqda və onun fikirlərini tərəfdarlarına çatdırmaqda ittiham olunaraq saxlanılsa da, məhkəmədə ittihamlar öz təsdiqini tapmayıb. R. Lisaninin sözlərinə görə, M. Məhəmmədpura saxlanıldığı yerdə işgəncə verilib: “Ondan Abbas Lisaninin əleyhinə ifadə almaq istəsələr də, bu cəhdləri baş tutmayıb. Mehdi Məhəmmədpur azadlığa buraxılsa da, İran xüsusi-xidmət orqanlarının əməkdaşları tərəfindən mütəmadi izlənilir”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR