Rauf Qurbanov Azərbaycan Kommunist Partiyasının sədri seçilib

Rauf Qurbanov Azərbaycan Kommunist Partiyasının sədri seçilib
# 24 dekabr 2007 07:58 (UTC +04:00)
Rauf Qurbanovun rəhbərlik etdiyi Azərbaycan Kommunist Partiyasının (AKP) qurultayı keçirilib. APA-nın məlumatına görə, AKP Təşkilat Komitəsinin sədri Rauf Qurbanov bildirib ki, partiya özünün ümumilikdə XXXVII, müstəqillik qazandıqdan sonra isə IV qurultayını keçirir. Qurultayda Rəyasət Heyəti, katiblik, mandat və redaksiya komissiyaları seçilib. R. Qurbanov partiyanın fəaliyyəti və qurumda baş verən son proseslərlə bağlı çıxış edib. O, AKP-nin müxalifət partiyası kimi fəaliyyətini davam etdirəcəyini qeyd edib: “Kommunist Partiyasını ələ keçirməyə cəhd edən bir qrup şəxs təşkilatda parçalanma yaratmaq üçün qurumun sədri Ramiz Əhmədovun ölümündən sonra aktiv fəaliyyətə başlayıblar. Bu şəxslər partiyanın hüquqi sənədlərini ələ keçiriblər”. Digər çıxışlardan sonra təşkilatda pozuculuq fəaliyyətində ittiham edilən Rüstəm Şahsuvarov, Seyidağa Muradov, Ələsgər Xəlilov, Rəvayət Cabbarov, Mirnazim Cəfərov və Hacı Hacıyev AKP sıralarından xaric ediliblər. Bundan başqa AKP Təşkilat Komitəsinin fəaliyyətinə xitam verilib, Mərkəzi Komitəsinin fəaliyyəti bərpa edilib, Mərkəzi Nəzarət Təftiş Komitəsinin tərkibi seçilib. Qurultayda partiyanın nizamnaməsinə, proqramına əlavə və dəyişikliklər edilib, sədri seçkiləri keçirilib. Rauf Qurbanov vahid namizəd olaraq, AKP Mərkəzi Komitəsinin sədri seçilib. Qurultayda Rusiya Federasiyası Kommunist Partiyasının sədr müavini Yevgeni Kolbışev də iştirak edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR