DAK Beynəlxalq Ana Dili Günü münasibətilə dəyirmi masa keçirib

DAK Beynəlxalq Ana Dili Günü münasibətilə dəyirmi masa keçirib
# 21 fevral 2008 13:48 (UTC +04:00)
Bakı. Ramil Məmmədov - APA. Dünya Azərbaycanlıları Konqresi (DAK) 21 fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə dəyirmi masa keçirib. APA-nın məlumatına görə, DAK Koordinasiya və İnformasiya Mərkəzinin rəhbəri Əlirza Amanbəyli deyib ki, təhsil hüququ olmayan millət formalaşa bilməz və dünya onun kimliyini qəbul etməz. O bildirib ki, İranda yaşayan azərbaycanlılar bu baxımdan daha acınacaqlı vəziyyətdədir və 30 milyondan çox azərbaycanlı ana dilində təhsil almaq hüququndan məhrumdur: “Milli haqqını tələb edən azərbaycanlılar isə həbs olunur və ya təzyiqlərə məruz qalır”. Azərbaycanın İrandakı keçmiş səfiri Əlyar Səfərli İranda farsların digər millətlərə qarşı assimilyasiya siyasəti apardığını söyləyib. Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən QHT-lər, əsasən də DAK bu problemə diqqəti artırmalı və İrandakı azərbaycanlıların hüquqlarının bərpası istiqamətində səyləri birləşdirməlidir. DAK Ağsaqqallar Şurasının sədri Babaxan Muradov isə millətin formalaşmasında dilin rolundan danışıb.
Digər natiqlər də İranda ana dillində təhsil hüququndan məhrum olan azərbaycanlıların milli hüquqlarının bərpasının vacibliyini vurğulayıblar. Tədbirin sonunda insan haqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlara müraciət qəbul olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR