123 saylı Seçki Dairəsinin bir məntəqəsində seçkilərin nəticələri ləğv edilib

123 saylı Seçki Dairəsinin bir məntəqəsində seçkilərin nəticələri ləğv edilib
# 18 fevral 2020 16:28 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasının iclasında 123 saylı Kəlbəcər Seçki Dairəsindən qeydə alınmış namizəd Əziz Qənbərovun şikayətinə baxılıb.

APA-nın məlumatına görə, MSK üzvü Tofiq Həsənov bildirib ki, şikayətçi seçki bülletenlərinin topa şəkildə qutulara atılmasını, bir seçicinin bir neçə dəfə səs verməsini və s. öz müraciətində mübahisələndirib: “Şikayətçinin müraciəti araşdırılıb və onun müraciətində qeyd edilən hallar müşahidə edilməyib. Araşdırma zamanı yalnız 16 saylı seçki məntəqəsində seçicilərin iradəsini əks etdirməyən pozuntular aşkar edilib. Buna görə, 16 saylı seçki məntəqəsində seçkilərin nəticələrinin etibarsız sayılması üçün əsas yaranıb”.

MSK-nın iclasında 123 saylı Seçki Dairəsi üzrə 1 məntəqədə seçkilərin nəticəsi etibarsız sayılması ilə bağlı qərar qəbul edilib və şikayət qismən təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR