28 May-Müstəqillik Günü, 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü olub - YENİLƏNİB

Milli Məclis

© APA | Milli Məclis

# 15 oktyabr 2021 11:46 (UTC +04:00)

Milli Məclisin bu gün keçirilən iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsi müzakirələrdən sonra üçüncü oxunuşda qəbul olunub.
APA-nın məlumatına görə, qanun layihəsinə əsasən, mayın 28-i Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, oktyabrın 18-i Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib

***

saat 11.43

Milli Məclisdə “Müstəqillik Günü haqqında” qanun layihəsi üçüncü müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, qanun layihəsinə əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan olunacaq.
Eyni zamanda Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək.
Qeyd edək ki, indiyə qədər mayın 28-i Respublika Günü, oktyabrın 18-i Dövlət Müstəqilliyi Günü kimi qeyd olunurdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR