43 saylı Sumqayıt Üçüncü Seçki Dairəsi ilə bağlı şikayət əsassız sayılıb

43 saylı Sumqayıt Üçüncü Seçki Dairəsi ilə bağlı şikayət əsassız sayılıb
# 23 fevral 2020 17:18 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 43 saylı Sumqayıt Üçüncü Seçki Dairəsindən namizədliyi qeydə alınmış Mehriban Mirzəliyevanın müraciətinə baxılıb.

APA-nın məlumatına görə, bu barədə MSK üzvü Qabil Orucov məlumat verib.

Q. Orucov bildirib ki, şikayətin araşdırma prosesində məntəqə seçki komissiyalarından, dairə seçki komissiyasından alınan materiallar və sosial şəbəkələrdə yayılan görüntülər əsas götürülüb:

“Araşdırma zamanı mübahisələndirilən seçki məntəqələri üzrə araşdırma aparılıb və müraciətdə qeyd edilən hallar öz təsdiqini tapmayıb. Ona görə də təklif edirəm ki, M. Mirzəliyevanın şikayəti təmin edilməsin”.

MSK müraciəti müzakirəyə çıxarıb və şikayətin təmin edilməməsi ilə bağlı qərar qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR