“91-lər”in üzvü, sabiq deputat Kərim Kərimov vəfat edib - VİDEO

Kərim Kərimov

© APA | Kərim Kərimov

# 23 sentyabr 2021 13:35 (UTC +04:00)

Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvü Kərim Kərimov vəfat edib.
APA-nın məlumatına görə, Kərim Kərimov “91-lər”in üzvü, sabiq deputat olub.
K. Kərimov 85 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Kərimov Kərim Hacıxan oğlu 1936-cı il fevralın 18-də Qax rayonunda anadan olub.
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirib.
YAP Siyasi Şurasının və İdarə Heyətinin üzvü olub.
Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, parlamentin İntizam komissiyasının sədri olub.
2000-ci il noyabrın 5-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə deputat seçilib.
YAP Veteranlar Şurasının üzvü idi.
Üç övladı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR