MSK 34 saylı Xətai III Seçki Dairəsi üzrə 7 məntəqədə seçkinin nəticələrini ləğv edib

MSK 34 saylı Xətai III Seçki Dairəsi üzrə 7 məntəqədə seçkinin nəticələrini ləğv edib
# 17 fevral 2020 17:14 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 34 saylı Xətai Üçüncü Seçki Dairəsindən deputatlığa namizəd Səməd Rəhimli və digər namizədlərin şikayətinə baxılıb. Onlar seçkinin nəticələrinin ləğv olunmasını istəyiblər.

APA-nın məlumatına görə, MSK üzvü İlkin Şahbazov bildirib ki, 4 şikayət bir icraatda birləşdirilib: “Onlar pozuntulara dair 35 protokol və videogörüntülər təqdim ediblər. Lakin 35 protokoldan sadəcə 8-i orijinaldır. Şikayətçilərin araşdırmada iştirakı tam təmin olunub. Aparılmış araşdırmanın nəticəsi olaraq, müəyyən edilib ki, 7 məntəqədə bizə təqdim edilən protokollar arasında müəyyən fərqlər mövcuddur. Fərq olan protokollar seçicilərin iradəsini əks etdirməyindən yalnız bu məntəqələrdə (1, 2, 3, 4, 18, 30, 35) seçkilərin nəticəsinin ləğv olunmasını təklif edirəm”.

Müzakirələrdən sonra MSK qeyd olunan məntəqələrdə seçkilərin nəticələrinin ləğv olunması barədə qərar qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR