MSK dörd Seçki Dairəsi üzrə müraciətləri müvafiq DSK-lara göndərib

MSK dörd Seçki Dairəsi üzrə müraciətləri müvafiq DSK-lara göndərib
# 13 fevral 2020 17:48 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərlə əlaqədar 4 Seçki Dairəsi üzrə müraciəti prosedur qaydalarına uyğun olaraq baxılmaq üçün müvafiq Dairə Seçki komissiyalarına göndərib.

APA-nın məlumatına görə, bu barədə qərar MSK-nın bu gün keçirilən iclasında qəbul edilib.

Qərara əsasən, 14 saylı Xəzər (lider namizəd Soltan Məmmədov), 42 saylı Sumqayıt İkinci (lider namizəd Tahir Mirkişili), 72 saylı Yardımlı-Masallı (lider namizəd Musa Qasımlı) və 95 saylı Tərtər (lider namizəd Sahib Alıyev) Seçki dairələri üzrə müraciətlər proseduruna uyğun olaraq müvafiq DSK-lara göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR