Sahibə Qafarova: "Bu zəfər Azərbaycan xalqının, onun Liderinin və Ordusunun gücünü bütün dünyaya göstərdi"

Sahibə Qafarova: "Bu zəfər Azərbaycan xalqının, onun Liderinin və Ordusunun gücünü bütün dünyaya göstərdi"
# 10 noyabr 2020 12:54 (UTC +04:00)

“Əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağımızı bizə geri qaytaran bu şanlı qələbəmiz münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm”.

APA-nın məlumatına görə, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova "Facebook” hesabında bildirib.

Parlamentin sədri qeyd edib ki, bu möhtəşəm və tarixi günlər hər birimizin həyatında ən xoşbəxt, ən yaddaqalan günlər olacaq: “Bu gün Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir və biz tarixi torpaqlarımıza, doğma Qarabağımıza qayıdırıq. Bu zəfərin memarı, bu möhtəşəm nailiyyətləri qızıl hərflərlə Azərbaycan tarixinə yazan Ali Baş Komandanımız İlham Əliyev və Şanlı Ordumuzdur!

Bu zəfər Azərbaycan xalqının, onun Liderinin və Ordusunun gücünü bütün dünyaya göstərdi.

Eşq olsun Ali Baş Komandan İlham Əliyevə!

Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!

Qarabağ Azərbaycandır!

Yaşasın Azərbaycan!”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR