Adil Əliyev: “YAŞAT Fondunun vəsaiti azalıb, hər birimiz xeyriyyə marafonunda iştirak edək”

Adil Əliyev

© APA | Adil Əliyev

# 25 iyun 2021 11:51 (UTC +04:00)

“Şanlı qələbəmiz həm də xalqımızın birliyinin, vəhdətinin nəticəsidir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında vitse-spiker Adil Əliyev deyib.

O bildirib ki, bizə bu qələbəni yaşadan qəhrəmanlar Prezident İlham Əliyev tərəfindən mükafatlandırılıb, dünən də bir qisim dövlət başçısı tərəfindən təltif edilib: “Qazilər və şəhid ailələri Prezident və Birinci Vitse-prezidentin diqqət mərkəzindədir. Şəhidlərimizin xatirəsi hər birimiz üçün əzizdir”.

A.Əliyev vurğulayıb ki, YAŞAT Fondu şəhid ailələri və qazilərin qayğılarının həll edilməsi ilə məşğuldur: “YAŞAT Fondunun iş prinsipi də şəffafdır. Bizə bu qələbəni yaşadanları yaşatmaq ən ümdə vəzifəmizdir. Üzümü iş adamlarına, xalqımıza tutub deyirəm ki, xeyriyyə marafonunda minimum 10 manat olmaqla iştirak edək. YAŞAT Fondunun vəsaiti azalıb, hər birimiz bu xeyriyyə marafonunda iştirak edək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR