Anım Günü Azərbaycandakı məscid, kilsə və sinaqoqlarda şəhidlərin ruhuna dualar oxunacaq

Anım Günü Azərbaycandakı məscid, kilsə və sinaqoqlarda şəhidlərin ruhuna dualar oxunacaq
# 23 sentyabr 2021 17:46 (UTC +04:00)

Anım Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq.

Bu barədə APA-ya Təşkilat Komitəsindən bildirilib.

Verilən məlumata görə, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR