Şuşada Vətən müharibəsinin ildönümü münasibətilə anım tədbiri keçirilib- VİDEO - YENİLƏNİB

Şuşada Vətən müharibəsinin ildönümü münasibətilə anım tədbiri

© APA | Şuşada Vətən müharibəsinin ildönümü münasibətilə anım tədbiri

# 27 sentyabr 2021 17:40 (UTC +04:00)

Vətən müharibəsinin ildönümü ilə bağlı Şuşa şəhərində anım tədbiri keçirilib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, Anım Günü ilə əlaqədar keçirilən tədbirdə torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidlərin xatirəsinə yaylım atəşi açılıb, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət himni ifa olunub.
Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun keçdiyi şərəfli döyüş yolundan, Zəfərin qazanılmasında hərbçilərimizin göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar.
Mərasimin sonunda Müdafiə Nazirliyinin və Daxili Qoşunların şəxsi heyəti Şuşa şəhərinin mərkəzi küçələrində təntənəli yürüş keçirib.

***

13.32

Anım Günü münasibətilə bu gün Şuşada hərbi parad keçirilib.

APA-nın məlumatına görə, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov "Twitter" səhifəsində paylaşımında “Şəhidlər ölməz, Vətən bölünməz. Anım Günü ilə bağlı Şuşada hərbi parad keçirilir”, - deyə yazıb.

© APA | Şuşada hərbi parad

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR