Anım Günü xaricdə anım mərasimləri keçiriləcək

Anım Günü xaricdə anım mərasimləri keçiriləcək
# 23 sentyabr 2021 17:51 (UTC +04:00)

Anım Günündə ölkəmizin xaricində anım mərasimləri keçiriləcək.

Bu barədə APA-ya Təşkilat Komitəsindən məlumat verilib.

Bildirilib ki, Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları da ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR