Azay Quliyev: “Prezident Ağdamda beynəlxalq ictimaiyyətə quruculuq və barış mesajları verdi”

Azay Quliyev: “Prezident Ağdamda beynəlxalq ictimaiyyətə quruculuq və barış mesajları verdi”
# 31 may 2021 14:04 (UTC +04:00)

“May 28-də möhtərəm Prezidentimiz cənab İlham Əliyev Ağdama səfəri çərçivəsində Rayonunun tanınmış şəxsləri və millət vəkilləri  ilə birgə şəhərin yenidən qurulmasının Baş Planını təsdiq etdi. Milli bayramımız olan Respublika günündə keçirilən tədbirin rəmzi məna daşıdığını qeyd edən dövlət başçısı Ağdamın  bərpası ilə bağlı  təməlqoyma mərasimlərində iştirak etdi, yerli və beynəlxalq ictimaiyyətə quruculuq, sülh və barış mesajları verdi”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında çıxışı zamanı millət vəkili Azay Quliyev bildirib.

A. Quliyevin fikrincə, bu tədbir bir daha sübut edir ki, Prezidentin rəhbərliyi ilə Azərbaycan xalqı və dövləti hansı sürətlə və hansı fədakarlıqla torpaqlarımızı işğaldan azad etdisə, o templə və istəklə də dağıdılmış və viran qoyulmuş şəhər və kəndlərimizi bərpa edəcək və yenidən quracaq. Ağdam şəhərinin Baş Planının qısa müddətdə  hazırlanaraq təsdiq olunması bunu deməyə əsas verir: “İkincisi, Baş Plandan bəlli olur ki, sıfırdan qurulan Ağdam Qarabağın ən böyük şəhərinə, iqtisadi və sənaye mərkəzinə çevriləcəkdir. 100 minlik əhaliyə hesablanmış şəhərdə vətəndaşların layiqli həyat səviyyəsini təmin etmək məqsədilə bütün addımlar atılacaq, sənaye parkları, hotellər, yaşayış binaları, ən müasir nəqliyyat infrastrukturu, 30 minlik stadion, Qarabağ Universiteti,  teatr binası və digər bu kimi mühüm mədəni və biznes obyektləri tikiləcək. Heç şübhəsiz  ki, belə bir inkişafın və təhlükəsiz yaşam şəraitin yaradılması, ilk növbədə, praqmatik və real düşünməyi bacaran, lakin hələ də keçmiş münaqişənin təsirinə məruz qalan erməni əsilli  vətəndaşlarımızın  və onların hazırda yaşadıqları ərazilərin Azərbaycanın sosial, iqtisadi və hüquq məkanına inteqrasiya olunması prosesini sürətləndirəcək. Üçüncü, bu törən həm də bəşəri dəyərlərə iki müxtəlif yanaşmanı və təfəkkürü ortaya qoydu. Bir tərəfdən Ağdamı işğal edərək vəhşicəsinə dağıdan, bütün sosial və mədəni obyektləri yerlə yeksan edən və bu qədim diyarı ruhlar şəhərinə döndərən erməni vandalizmi, digər tərəfdən işğaldan azad etdiyi Ağdamı şəhərsalma prinsiplərinin müasir konsepsiyasına uyğun yenidən qurmağı və dünya üçün nümunəvi şəhərə çevirməyi hədəfləyən Azərbaycan dövləti və xalqı. Belə bir müqayisəli tablonun üzə çıxması həm erməni faşizmini, həm də onu müdafiə edənlərin siyasi və mənəvi cəhətdən növbəti məğlubiyyətidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR