Azərbaycan Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılmasına indiyədək 113,7 mln. manat xərcləyib

Əli Əsədov

© APA | Əli Əsədov

# 06 noyabr 2021 16:25 (UTC +04:00)

2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzünün nəticələrinin aradan qaldırılmasına bütövlükdə indiyədək 113,7 mln. manat xərclənib.

APA-nın məlumatına görə, bunu Baş nazir Əli Əsədov 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzünün nəticələrinin aradan qaldırılması üzrə Dövlət Komissiyasının fəaliyyətinin 1 ilinin yekunları ilə bağlı iclasda deyib.

Baş nazir qeyd edib ki, bu vəsaitdən infrastruktur (yollar, rabitə, su, elektrik və qaz təchizatı) üzrə 27,4 milyon manat, tikinti, təmir və bərpa işlərinə 50 milyon manat, Gəncə şəhərində 89 ailəyə çoxmənzilli evlərin alınmasına 6,6 milyon manat, kənd təsərrüfatı üzrə 1,4 milyon manat, sahibkarların dövriyyə vəsaitləri üzrə 4,8 milyon manat, nəqliyyat vasitələri üzrə 0,6 milyon manat, 8 təhsil müəssisəsində tikinti-təmir üzrə ilkin olaraq 7,4 milyon manat və əhalinin məişət və şəxsi əşyalarına dəymiş ziyan üzrə təxminən 50 min vətəndaşımızı əhatə edən 12 370 ailəyə maddi yardımlar üzrə 15,5 milyon manat vəsait xərclənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR