Azərbaycanda MSİBM-in statusuna dair Saziş təsdiq olunacaq

Milli Məclis

© APA | Milli Məclis

# 08 may 2021 16:11 (UTC +04:00)

“Azərbaycan Respublikası Hökuməti ilə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) arasında MSİBM-in Azərbaycan Respublikasında statusuna dair” Saziş təsdiq ediləcək.

APA-nın məlumatına görə, bununla bağlı qərar layihəsi Milli Məclisin İnsan Hüquqları komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

Sənəd Azərbaycanın MSİBM və Avropa İttifaqı ilə əməkdaşlığının dərinləşməsinə töhfə verməklə yanaşı, ölkəmizin beynəlxalq yardım alətlərindən istifadə imkanlarını artırmaq baxımından mühüm əhəmiyyətə malikdir.

Müzakirələrdən sonra Saziş Milli Məclisin plenar iclasına tövsiyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR