Azərbaycanda şəkərli diabet və skleroz xəstələrinin reyestri yaradılacaq

Azərbaycanda şəkərli diabet və skleroz xəstələrinin reyestri yaradılacaq
# 12 iyun 2021 19:33 (UTC +04:00)

Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin registrini yaratmaq və aparmaq sahəsində səlahiyyətli orqan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi olacaq.

APA-nın məlumatına görə, bununla əlaqədar Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsinə müvafiq dəyişiklik edilib.

Agentliyin vəzifələri sırasına dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin registrini yaratmaq və aparmaq da əlavə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR