Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 409 yaşayış məntəqəsi tamamilə dağıdılıb

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 409 yaşayış məntəqəsi tamamilə dağıdılıb
# 24 may 2021 17:51 (UTC +04:00)

İşğaldan azad olunmuş ərazilərdə 409 yaşayış məntəqəsi tamamilə dağıdılıb.

APA xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupunun məlumatında bildirilir.

Məlumatda deyilir ki, ümumilikdə, 10 rayon üzrə 168 yaşayış məntəqəsində işlər yekunlaşdırılıb, 9 yaşayış məntəqəsi üzrə işlər davam etdirilir, 409 yaşayış məntəqəsinin tamamilə dağıdılıb yararsız hala gətirildiyi müəyyən olunub.

Digər yaşayış məntəqələrinə təhlükəsiz giriş imkanları yarandıqca, inventarlaşdırma işləri aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR