BAP sədri: “Xoşbəxtik ki, Azərbaycanın Türkiyə kimi müttəfiqi və qardaşı var"

BAP sədri: “Xoşbəxtik ki, Azərbaycanın Türkiyə kimi müttəfiqi və qardaşı var"

© APA | BAP sədri Elşad Musayev

# 15 sentyabr 2021 13:02 (UTC +04:00)

"103 il əvvəl bu gün Qafqaz İslam Ordusu və Azərbaycan komandanlığı Bakı şəhərini bolşevik-daşnaqların işğalından azad edib".

APA-nın məlumatına görə, bunu Böyük Azərbaycan Partiyasının sədri (BAP) Elşad Musayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 100 il bundan əvvəl də millətimizin ağır günündə qardaş türklər bizim köməyimizə gəlib: "Bakısız Azərbaycanın müstəqilliyini təsəvvür etmək çətin idi. Belə bir gündə xalqımız ayağa qalxdı və qardaş türk Azərbaycana yardım etdi. Biz Nuru və Ənvər Paşanı minnətdarlıqla xatırlamalıyıq. İndi də çətin gündə Azərbaycan və Türkiyənin bir yerdə olduğu aydın görünür. 44 günlük Vətən müharibəsində də qardaş Türkiyənin hər cür dəstəyini gördük. Dünyanın belə keşməkeşli zamanında Azərbaycan tək deyil. Azərbaycan artıq şərt qəbul edən deyil, diqtə edən dövlətdir. Xoşbəxtik ki, Azərbaycanın Türkiyə kimi müttəfiqi və qardaşı var".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR