Baş Prokurorluq: İtkin düşmüş hərbçinin nəşinin tapılması faktı ilə bağlı araşdırmalar aparılır - VİDEO

Baş Prokurorluq: İtkin düşmüş hərbçinin nəşinin tapılması faktı ilə bağlı araşdırmalar aparılır - VİDEO
# 02 oktyabr 2021 21:16 (UTC +04:00)

İtkin düşmüş hərbçinin nəşinin tapılması faktına dair hazırda dəqiqləşdirmələr aparılır.

APA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti KİV-in sorğusuna cavab olaraq bildirib.

Qeyd olunur ki, həmin məsələ ilə bağlı araşdırma davam edir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Vətən müharibəsində itkin düşən Tərtər əlahiddə kəşfiyyat taborunun xüsusi təyinatlı giziri İxtiyar İlqaroğlunun nəşinin tapılması barədə məlumat yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR