Bir qrup Şuşa sakini Yuxarı Gövhər Ağa məscidində namaz qılıb, dualar edib - FOTO

Şuşa sakinləri Yuxarı Gövhər Ağa məscidində

© APA | Şuşa sakinləri Yuxarı Gövhər Ağa məscidində

# 26 avqust 2021 12:51 (UTC +04:00)

30 ildən sonra bu gün doğma şəhərinə səfər edən bir qrup Şuşa sakini Yuxarı Gövhər Ağa məscidində olub.

APA-nın əməkdaşı xəbər verir ki, şuşalılar məscidi ziyarət edib, namaz qılıb, dualar oxuyublar.

Onlar torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olanların ruhunu yad edib, qazilərə şəfa diləyiblər.

Qeyd edək ki, səfər Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR