Bu gündən DSK-ların formalaşdırılmasına başlanılacaq

Mərkəzi Seçki Komissiyası

© APA | Mərkəzi Seçki Komissiyası

# 19 avqust 2021 12:58 (UTC +04:00)

“Bu gündən dairə seçki komissiyalarının (DSK) formalaşdırılmasına başlanılacaq”.

Bunu APA-ya açıqlamasında “Respublikaçı Alternativ” (REAL) Partiyasının icra katibi Natiq Cəfərli deyib.

N. Cəfərli bildirib ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının bu gün iclası keçiriləcək: "DSK-ların formalaşdırılması prosesində REAL Partiyası da iştirakı edəcək. Qanuna uyğun olaraq həm DSK-larda, həm də məntəqə seçki komissiyalarında nümayəndələrimiz olacaq”.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, hər DSK-nın 9 üzvü olur, onlardan 3-nün namizədliyi deputatları Milli Məclisdə (MM) çoxluq təşkil edən siyasi partiyanı (indiki halda YAP) MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, 3-nün namizədliyi deputatları MM-də azlıq təşkil edən siyasi partiyaları MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan MM deputatlarını MSK-da təmsil edən komissiya üzvləri tərəfindən təqdim olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR