Cəlilabad və Şəmkir rayonlarının yeni başçıları ictimaiyyət nümayəndələrinə təqdim olunub

Rafiq Cəlilov və Rəşad Tağıyev

© APA | Rafiq Cəlilov və Rəşad Tağıyev

# 16 sentyabr 2021 13:10 (UTC +04:00)

Prezident İlham Əliyevin sərəncamları ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuş Rafiq Cəlilov və Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuş Rəşad Tağıyev ictimaiyyət nümayəndələrinə təqdim olunub.

APA-nın məlumatına görə, Prezidentin köməkçisi, Prezident Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev onları rayonların ictimaiyyət nümayəndələrinə təqdim edib.

Xatırladaq ki, sentyabrın 14-də Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Rafiq Cəlilov Cəlilabad RİH, Rəşad Tağıyev isə Şəmkir RİH başçısı vəzifəsinə təyin olunublar. Dövlət başçısı onları vəzifəyə təyin olunmaları ilə əlaqədar vidroformatda qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR