Deputat: “Biz həm də pandemiyanın təsirinə ən az məruz qalmış xalqıq”

Məlahət İbrahimqızı

© APA | Məlahət İbrahimqızı

# 05 noyabr 2021 13:08 (UTC +04:00)

“Biz bu gün təkcə möhtəşəm zəfərimizin 1 illiyini qeyd etmirik. Həm də postmüharibə dövrünün 1 illik hesabatını veririk”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, hər kəs Prezident İlham Əliyevin nə qədər əzəmətli lider olduğunun şahididir: “Bu gün nə qədər ölkə postmüharibə dövrü on illər çəkməsinə baxmayaraq, strategiya hazırlaya bilmir. Nə qədər beynəlxalq təşkilat postmüharibə dövrü üçün plan və strategiya hazırlayıb ortaya qoya bilmir. Biz həm də pandemiyanın təsirinə ən az məruz qalmış xalqıq. Ölkəmizdə bir tərəfdən də müharibədən sonrakı qazi və şəhid ailələri ilə bağlı nəhəng işlər görülür. Digər tərəfdən ölkəmizin digər bölgələrində inkişaf dinamikası davam edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR