Deputat: "Bu şanlı tariximizi bizə bəxş edən Ali Baş Komandanımız və onun müzəffər ordusudur"

Milli Məclisin deputatı Hikmət Babaoğlu

© APA | Milli Məclisin deputatı Hikmət Babaoğlu

# 08 noyabr 2021 17:18 (UTC +04:00)

“Azərbaycan xalqı bu gün böyük coşqu və sevinclə öz tarixi zəfərinin ildönümünü bayram edir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, böyük minnətdarlıq hissi ilə yaşadığımız bu milli qürur günlərindən dönüb keçmişə baxdıqda bizi bu tarixi qələbəyə yaxınlaşdıran səbəbləri təhlil etdikdə bir əsas faktor üzərində dayanılmalıdır: “Bu, Ali Baş Komandanımız, Prezident İlham Əliyevin həyata keçirdiyi dərin siyasi strategiya, yüksək səviyyəli xarici siyasət, milli maraqlara əsaslanan diplomatiya, ordu quruculuğu, iqtisadi müstəqillik və yüksək vətənpərvərlikdir. Şuşada hərbçilərimiz qarşısında çıxış edən Azərbaycan Prezidenti bildirdi ki, biz tarixi missiyamızı yerinə yetirdik. Hər kəsə aydındır ki, tarixi missiyanı yerinə yetirmək yalnız tarixi şəxsiyyətlərə və böyük siyasətçilərə xas olan məziyyətdir. Azərbaycan Prezidenti öz qalib ordusu ilə bu missiyanı yerinə yetirməklə Azərbaycan xalqının dövlətçilik və hərb tarixində yeni bir parlaq səhifə açdı. Bu zəfərlə biz bir siyasi tariximizin bir erasını qapadıb tamamilə yeni bir erasını açdıq. Qapadılaraq geridə qoyulan tariximiz, acılar, məğlubiyyətlər, soyqırımına məruz qalmaq tariximiz idi və bu 200 ilədək davam etmişdi. Açdığımız yeni tarix zəfər, milli qürur, qalibiyyət tariximizdir. Bu şanlı tariximizi bizə bəxş edən isə Ali Baş Komandanımız İlham Əliyev və onun müzəffər ordusudur. Zəfərə gələn yolumuz isə sadəcə 44 günlük müharibə onun nəticəsi deyil. Bu yol həm də illər uzunu bu 44 günlük şücaət və qəhrəmanlığın qətrə-qətrə formalaşdırıldığı, ağır zəhmət, böyük siyasi-diplomatik mübarizə, imperializmə və ikili standartlara qarşı mübarizə, iqtisadi müstəqillik, ordu quruculuğu yoludur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR