Deputat: “COVID-19-u gizli keçirənlər sertifikat ala bilmir” - VİDEO - YENİLƏNİB

Naqif Həmzəyev

© APA | Naqif Həmzəyev

# 11 iyun 2021 11:39 (UTC +04:00)

“Bəzi vətəndaşlar COVID-19-u gizli keçiriblər və onlar indi immunitet sertifikatı ala bilmir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, aidiyyəti komitə və dövlət qurumlarının bu məsələyə diqqət etməsini istəyir: “Bu sahədə boşluqlar var. Hazırda hamı kütləvi şəkildə vaksinasiya olunur, COVID-19 pasportu alır. Ancaq xəstəliyi gizli keçirənlər də olub və onlar immunitet sertifikatı ala bilmir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR