Deputat: “Əhalinin torpaqdan istifadə etməsinə imkan yaradılmalıdır”

Tahir Kərimli

© APA | Tahir Kərimli

# 21 oktyabr 2021 13:26 (UTC +04:00)

“Azərbaycanın daxili siyasətində razılaşmadığım məqamlar olsa da, xarici siyasətdə təmərküzləşmədən çox razıyam”.

APA-nın məlumatına görə, bunu Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli Yeni Azərbaycan Partiyasında “Vətən Müharibəsi: “Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” mövzusunda keçirilən dəyirmi masada deyib.

T. Kərimli deputat seçildiyi dairədən olan rayonda əhalinin vəziyyəti barədə də danışıb: “YAP-dan xahiş edirəm ki, yerlərdə camaat işsizdir. Pay torpaqları verilib, amma kəndlinin əlində texnikası yoxdur ki, əkib becərsin. Ona görə də verilən dotasiyanı uşağını oxutmağa və s. yönəldir. Şəhər əhalisi artıb, hamı işsizlikdən gəlib Bakıya. Elə etməliyik ki, əhalinin torpaqdan istifadə etmək imkanı olsun. Büdcə müzakirələrimiz gözlənilir. 2030-cu ilə qədər Milli İnkişaf Strategiyası hazırlanıb. Həmin strategiyada 2030-cu ilə qədər ÜDM-nin 100% artımı olacağı gözlənilir. Amma bunun necə olacağı, hansı proqramla ediləcəyi ortada yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR