Deputat: “Erməni kilsəsinin fəaliyyəti dünya dini mərkəzləri tərəfindən pislənilməlidir” - VİDEO - YENİLƏNİB

Deputat: “Erməni kilsəsinin fəaliyyəti dünya dini mərkəzləri tərəfindən pislənilməlidir” - <span class="red_color">VİDEO</span> - <span class="red_color">YENİLƏNİB</span>

© APA | Ceyhun Məmmədov

# 11 iyun 2021 11:12 (UTC +04:00)

“Bütün dinlər insanları sülhə, birgəyaşayışa çağırır, amma Erməni kilsəsi bunu etmir. Ermənistandan fərqli olaraq Azərbaycanda müxtəlif dinləri təbliğ edən kilsələr, sinaqoqlar fəaliyyət göstərir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib. 

Deputat bildirib ki, erməni kilsəsinin bu fəaliyyəti dünyadakı dini mərkəzlər tərəfindən də pislənməlidir: “Bir din xadiminin Azərbaycan xalqının qətlə yetirilməsinə sevinməsi və bunu davamlı olaraq təbliğ etməsi pislənməlidir. Biz son hadisələrlə bağlı beynəlxalq dini təşkilatlardan da gözləyirik ki, erməni din xadiminin səfərini pisləsinlər. Bu kimi addımlar pislənmədiyi təqdirdə, qarşısı alınmadığı təqdirdə erməni tərəfi yeni revanşist addımlarla çıxış edirlər”.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR