Deputat Fransanın Azərbaycana qarşı mövqeyi ilə bağlı müzakirə keçirilməsini təklif edir

Fəzail Ağamalı

© APA | Fəzail Ağamalı

# 21 may 2021 11:42 (UTC +04:00)

“Azərbaycana qarşı müxtəlif ölkələrin müxtəlif çıxışlarının, bəyanatlarının şahidi oluruq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

Deputat bildirib ki, ölkə prezidenti səviyyəsində bununla bağlı ciddi işlər aparılır: “Ancaq bununla belə təklif edirəm ki, Milli Məclisin növbəti plenar iclasında Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi ilə bağlı müzakirə keçirək və bununla bağlı konkret sənəd qəbul edək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR