Deputat: “İnsanların cibinə girmək olmaz. AzAL-ın adı belə bunu tələb edir: Az al” - VİDEO - YENİLƏNİB

Deputat: “İnsanların cibinə girmək olmaz. AzAL-ın adı belə bunu tələb edir: Az al” - VİDEO  - YENİLƏNİB
# 02 iyul 2021 11:47 (UTC +04:00)

“Zaqatala hava limanının hər şeyi - müdiri, bağbanı, işçiləri və s. var, təkcə təyyarəsi yoxdur”.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşən Musayev deyib.

O bildirib ki, insanları təyyarə üzünə həsrət qoymaq olmaz: “AzAL qiymətləri azaltmalıdır. Biletlərlə insanların cibinə girmək olmaz. Bu qurumun adı belə bunu tələb edir – Az al. Bundan əvvəlki iclasda həmkarım Qənirə Paşayeva da bu məsələni gündəmə gətirmişdi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR