Deputat Ömər aşırımına İlham Əliyevin adının verilməsini təklif edib

Sahib Alıyev

© APA | Sahib Alıyev

# 30 sentyabr 2021 12:38 (UTC +04:00)

“Adətən, çox böyük işlər görmüş insanlarla bağlı ya dünyasını dəyişəndə, ya da əldən düşəndə deyirlər ki, səndən sonra səndən ucalan ucalıqlar qalacaq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisinin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı deputat Sahib Alıyev deyib.

Deputatın sözlərinə görə, bəzi yüksəkliklər var ki, 44 günlük savaşda şəhidlərin qanı bahasına azad olunub: “Bu yüksəkliklərin çoxu adsızdır. Bu yüksəkliklərə ad verilsin. Təklif edirəm ki, azad olunan ən hündür yüksəkliyə - Murovdağdakı Ömər aşırımına Prezident İlham Əliyevin adı verilsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR