Deputat: “Qiymətlərin qalxmasından xüsusilə pensiyaçılar və aztəminatlı ailələr əziyyət çəkir” - VİDEO - YENİLƏNİB

Deputat: “Qiymətlərin qalxmasından xüsusilə pensiyaçılar və aztəminatlı ailələr əziyyət çəkir” - VİDEO  - YENİLƏNİB

© APA | Deputat Qüdrət Həsənquliyev

# 02 iyul 2021 12:11 (UTC +04:00)

“Bu gün biz pensiyaçıları düşünməliyik. Qiymətlər qalxır, qazın qiyməti də qalxıb”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, qiymətlər qalxanda bunun real səbəbi deyilmir: “Çalışırıq ki, bunu əsaslandıraq ki, sanki camaatın xeyrinədir. Adını qoyuruq ki, bu, idarəetmənin təkmilləşdirilməsi deməkdir. Amma hansı məqsədlə edilir edilsin, qiymət qalxırsa, xüsusilə pensiyaçılar, aztəminatlı ailələr bundan əziyyət çəkir. Buna görə də Milli Məclisin Sosial siyasət komitəsi bu məsələyə münasibət bildirməlidir. Mən də razıyam ki, bu tipli məsələlərə dair qiymətlər monopolist dövlət qurumları deyil, parlament tərəfindən müəyyənləşdirilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR