Deputat sökülməli evindən köçməyən vətəndaşlarla bağlı qanuna dəyişiklik təklif edib

Razi Nurullayev

© APA | Razi Nurullayev

# 23 noyabr 2021 11:40 (UTC +04:00)

“Bizdə neftdən əlavə ən böyük drayver toy və tikintidir. Toy bizim iqtisadiyyatımızın ana xətti olmasaydı, bu qədər şadlıq evi tikilməzdi. Xoşumuza gəlməsə də, gerçəkliyimiz budur”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, ikinci drayver tikintidir: “Tikinti az qala bütöv Azərbaycanı işlə təmin etmək iqtidarındadır və biz bunun birinci tikinti bumunda şahidi olmuşuq. İndi isə tikintilər həddindən artıq çox zəifləyib. Burada birinci məsələ, köçmək istəməyən bir və ya bir neçə vətəndaşa görə tikintilərin aylarla, bəzən illərlə gecikməsidir. Bir vətəndaş ayağını yerə dirəyib köçmək istəmir. Evinin kvadratından dəfələrlə çox kvadrata malik yeni ev istəyir və ya evini, mənzilini dəfələrlə baha dəyərləndirir. Mən hər zaman vətəndaşların yanında olmuşam, amma bu məsələ bir vətəndaşın ucbatından yüzlərlə vətəndaşa ziyan vurduğuna görə haqqı deməliyəm. İş adamları bezir, vətəndaşlar bezir, iş yerləri bağlanır, digər sərmayəçilər də qorxub qaçır”.

Deputat qanuna dəyişiklik təklif edib: “Əgər sakinlərin 70%-i köçürülmə və şərtlərlə razıdırsa, o zaman qalan 30% hüquqi müstəvidə 10 gün müddətində həllini tapsın. Xahiş edirəm ki, bu məsələ araşdırılsın, dəyişiklikləri parlamentin komitələrində müzakirə edək və plenar iclasa çıxaraq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR