Deputatın icbari sığortasının aparılması qaydasının pozulmasına görə məsuliyyət müəyyənləşir

Milli Məclis

© APA | Milli Məclis

# 29 oktyabr 2021 18:50 (UTC +04:00)

Deputatın dövlət icbari şəxsi sığortasının aparılmasına nəzarət və deputatın dövlət icbari şəxsi sığortası qaydalarının pozulmasına görə məsuliyyət müəyyənləşir.

APA-nın məlumatına görə, bu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin noyabrın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Milli Məclisi deputatının statusu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, dövlət icbari şəxsi sığortanın həyata keçirilməsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) nəzarət edir.

Deputatın dövlət icbari şəxsi sığortası ilə bağlı tələbləri pozan şəxslər Mülki, İnzibati və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyacaqlar. Layihədə deputatın icbari sığortası ilə əlaqədar mübahisələrə baxılma qaydası da əksini tapıb.

Dövlət icbari sığortası ilə əlaqədar mübahisələr inzibati və məhkəmə qaydasında həll ediləcək.

Qanun Milli Məclisdə qəbul ediləcəyi təqdirdə 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR