Deputatlar avqustun 30-dək tətildə olacaqlar

Deputatlar avqustun 30-dək tətildə olacaqlar
# 09 iyul 2021 15:13 (UTC +04:00)

Bu gün Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.

APA-nın məlumatına görə, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatlar iyul ayının 15-dən avqust ayının 30-dək məzuniyyətdə sayılacaq.

Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və Milli Məclisin deputatları həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

Qeyd edək ki, parlamentin növbədənkənar sessiyasının ilk iclası iyunun 8-də keçirilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR